“Fenerbahçe” üçün 65 milyon avroluq hücumçu

Bakı, 7 iyun, Sporaz.tv

Joze Mourinho Fenerbahçe (Fənərbaxça)-ya addım atm asından sonra sarı-göylü komanda ilə dünyaca məşhur futbolçuların adları hallanır. Bu adlara yenisi də əlavə olunub.

Sporaz.tv xəbər verir ki, Portuqaliyalı məşqçinin gəlişindən sonra adı dünya şöhrətli futbolçularla hallanan Fenerbahçe (Fənərbaxça) üçün yeni iddia ortaya atılıb.

PSG 22 yaşlı Qonçalo Ramosu kiralamağı qərara alıb.
PSG”Benfica”dan 65 milyon avroya heyətinə qatdığı futbolçunu, baş məşqçi Luis Enrikenin ilk 11-likdə saymamasından sonra, oynamaq şansı qazanacağı kluba icarəyə vermək istəyir.

Fenerbahçe (Fənərbaxça)-nın prezidenti Əli Koçun PSG-nin sahibi Əl-Khelaifi ilə yaxın dost olması ilə yanaşı, Qonçalo Ramosun da Joze Mourinho ilə əlaqəsi var.

Qonçalo Ramos ötən mövsüm PSG-nin heyətində 40 matçda 1877 dəqiqə meydanda olub.Portuqaliyalı futbolçu bu matçlarda 14 qol vurub, 2 məhsuldar ötürmə edib.