“Fenerbahçe” tribunalarından “İstefa” şüarları

Bakı,12 may,Sporaz.tv

Fenerbahçe” – “Kayserispor” matçında “sarı-göylü” azarkeşlər “rəhbərlik istefa” və “Ali Koç istefa” şüarları səsləndiriblər.

Sporaz.tv  xəbər verir ki, Trendyol Superliqasının 36-cı həftəsində “Fənərbaxça”nın “Kayserispor”u qəbul etdiyi matçın son dəqiqələrində sarı-göylülərin tribunalarından “istefa” şüarları yüksəlib.

Matçın 75-ci dəqiqəsində “Fenerbahçe” azarkeşləri “rəhbərlik istefa”, “Ali Koç istefa” şüarları səsləndirməyə başlayıb. Bir müddət tribunalardan Aziz Yıldırımın lehinə şüarlar yüksəldi.

Digər tərəfdən 83-cü dəqiqədə oyundan çıxan Cengiz Ünder də azarkeşlərin şiddətli etirazına məruz qalıb.

Bahar Rüstəm