“Fenerbahçe” transferdə strategiyasını dəyişir

Bakı , 2 may , Sporaz.tv

Fenerbahçe“(Fənərbaxça)nın mövsümöncəsi yeni transfer strategiyası müəyyənləşib. Sarı-lacivərdlilərin transferin favoritləri arasında olan 3 futbolçusunu astronomik təklif gəlməsə satmayacaq. Əvvəlki mövsümlərdən fərqli olaraq Fenerbahçe(Fənərbaxça) rəhbərliyi yay transfer dönəmində çox gücləndirmə etməyi planlaşdırmır.

Sporaz.tv xəbər verir ki , mövsümə çempionluq devizi ilə girən və iddialı transferlər edən Fənərbaxça, 4 həftə qalmış lider “Galatasaray”(Qalatasaray)dan 4 xal geri qalır . “Sarı-lacivərdlilər” bu mövsüm çempionluq qazanmasa, “Fenerbahçe”(Fənərbaxça)da transferin sevimli adları olan Ferdi Kadıoğlu, Jayden Oosterwolde İsmail Yüksek də böyük ölçüdə heyətini qoruyacaq. Ali Koçun yaxşı bir satıcı olacağı və vəzifəsinə davam edəcəyinin vurğulandığı xəbərdə, “Sarı-lacivərdli” rəhbərliyin astronomik təkliflər gəlmədiyi təqdirdə 3 oyunçunu satmayacağı ifadə edildi. 2024-25 mövsümündən əvvəl uyğunlaşma problemi yaşanmaması üçün bu strategiyanı yay transfer dövründə çox gücləndirən “Fenerbahçe”(Fənərbaxça) rəhbərliyinin ilk hədəfi gələcək mövsümün skeletini qorumaqdır.

Bahar Rüstəm