Bakı, 12 noyabr, Sporaz.tv
“Fenerbahçe“(Fənərbaxça)-nin yay transfer dövründən bəri davam etdirdiyi Cristian Medinanın transferində xoşbəxt sona çatdığı bildirilib. Argentinalı yarımmüdafiəçinin yanvarda sarı-göylülər ilə 5 illik müqavilə imzalaması gözlənilsə də, transferin maliyyə detallarına da aydınlıq gəlib.
Sporaz.tv məlumat verir ki, Fənərbaxçanın yanvar ayında ilk bombası Cristian Medina olacaq. Sarı-göylü, komandanın 22 yaşlı futbolçu və klubu “Boca Juniors”-la hər məsələdə anlaşdığı bildirilib.
“Fenerbahçe”, yaydan bəri heyətinə qatmaq istədiyi Cristian Medinanı transfer edir.
“Boca Juniors”-un yayda göndərmədiyi Medinanı “Fenerbahçe”, 15 milyon dollarlıq transfer qarşılığında heyətinə qatacaq. Sarı-göylərin, argentinalı futbolçu ilə bonuslar nəzərə alınmadan 1,5 milyon avroya 5 illik müqavilə imzalayacağı bildirilib.
Jose Mourinho ilə çalışmaq istəyən Medinanın yanvarda İstanbula gələrək müqavilə bağlayacağı bildirilib.
“Fenerbahçe”-də oynamaq üçün klubundan imtina edən Medina, “Boca Juniors”-un keçirdiyi son 4 matçda meydana çıxmayıb.
Nəhayət, oktyabrın 20-də “Tigre” ilə matçda meydana çıxan futbolçunun yanvara kimi oynanılacaq matçlarda iştirak etməyəcəyi bildirilib.
Cristian Medina, bu mövsüm “Boca Juniors”-da 30 matçda iştirak edib.
Argentinalı yarımmüdafiəçi bu matçlarda 2424 dəqiqə meydanda qalıb və 3 qol və 3 məhsuldar ötürmə ilə hesaba töhfə verib.