“Fenerbahçe”, səfərdə “Lill”in qonağı olacaq

Bakı, 5 avqust, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça), UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında sabah səfərdə Fransanın “Lill” komandası ilə qarşılaşacaq.

Sporaz.tv xəbər verir ki, “Hainaut” stadionunda oynanılacaq və GMT ilə saat 21.30-da başlayacaq qarşılaşmanı rumıniyalı baş hakim  Istvan Kovacs idarə edəcək. Kovacsın köməkçiləri, eyni ölkədən  Mihai Marica və George Florin Neacsu olacaq.

Horatiu Fesnicin dördüncü hakim olacağı yarışda, VAR funksiyasını almaniyalı Christian Dingert, AVAR funksiyasını isə eyni ölkədən Johann Pfeifer yerinə yetirəcək.

Fenerbahçe (Fənərbaxça)-nın yeni transferləri  Allan Saint-Maximin və Youssef En-Nesyri “Lill” qarşısında ilk dəfə meydanda ola bilər.

Lugano matçlarında meydana çıxmayan Allan Saint-Maximin və Youssef En-Nesyri, Jose Mourinho şans verəcəyi təqdirdə ilk dəfə sarı-göy rəngli forma ilə meydana çıxacaq.

Fenerbahçe (Fənərbaxça)-nın heyətində aşağıdakı adlar yer alıb:

Dominik Livakovic, İrfan Can Eğribayat, Ertuğrul Çetin, Çağlar Söyüncü, Alexander Djiku, Mert Müldür, Jayden Oosterwolde, Rodrigo Becao, İsmail Yüksek, Ferdi Kadıoğlu, Mert Hakan Yandaş, Miha Zajc, İrfan Can Kahveci, Bartuğ Elmaz, Rade Krunic, Sebastian Szymanski, Oğuz Aydın, Edin Dzeko, Dusan Tadic, Bright Osayi-Samuel, Cenk Tosun ve Allan Saint-Maximin və Youssef En-Nesyri.

Xatırladaq ki, Fenerbahçe (Fənərbaxça), 2-ci təsnifat mərhələsində İsveçrənin “Lugano” komandasını mübarizədən kənarlaşdırıb.