“Fenerbahçe” razılıq əldə etdi

Bakı, 21 iyul, Sporaz.tv

Fenerbahçe“nın Youssef En-Nesyrinin transferi ilə bağlı təfərrüatlar ortaya çıxıb. Nəhayət, “Fenerbahçe”nin həm “Sevilla”, həm də Youssef En-Nesyri ilə anlaşıb.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe” transferdə xoşbəxt sona yaxınlaşdı. Uzun müddətdir hücumçu mövqeyi üçün Youssef En-Nesyrini heyətinə qatmağa çalışan sarı-göylülər anlaşıb.

“Fenerbahçe” Youssef En-Nesyri üçün Sevilla ilə 18+7 milyon avroya anlaşıb.

En Nesyri 1 iyun 1997-ci ildə Mərakeşdə anadan olub. Mərakeşli oyunçu təsirli sol ayağı və 1,92 sm boyu ilə diqqət çəkir.

Karyerasına Mərakeşin VI Mohammed Futbol Akademiyasında başlayan futbolçu 2015-ci ildə İspaniyanın “Malaga” komandasına transfer olunub.

“Malaga”nın heyətində 41 matçda 5 qol vuran mərakeşli futbolçu 2018-ci ildə 6 milyon avroluq transfer qarşılığında “Leganes”ə transfer olunub.

“Leqanes”də 53 matçda 15 qol vuran En Nesyri 20 milyon avroya “Sevilla”ya gedib.

“Sevilla” forması ilə 4 il 196 matçda forma geyinən futbolçu 73 qol vurub, 7 məhsuldar ötürmə edib.

Transfermarkt məlumatlarına görə, cari bazar dəyəri 20 milyon avro olan oyunçu 2021-ci ildə ən yüksək bazar dəyərinə (40 milyon avro) çatıb.

Mərakeşli futbolçunun karyerasına “Malaga”, “CD Leganes” və “Sevilla” kimi komandalar daxildir.

Bahar Rüstəm