“Fenerbahçe” “Petrolul”u məğlub edib

Bakı, 29 iyun, Sporaz.tv

Fenerbahçe” yoldaşlıq görüşündə Petrolul Ploiesti ilə üz-üzə gəlib. Sarı-göylülər görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb.

Sporaz.tv məlumat verir ki, Fenerbahçenin Topuk Yaylası düşərgəsi başa çatıb. İyunun 24-də start götürən düşərgənin son günündə sarı-göylülər yoldaşlıq görüşündə Rumıniyanın Petrolul Ploiesti komandası ilə üz-üzə gəlib.

Edin Dzeko və Miha Zajcın qolları ilə “Fenerbahçe” 2:1 hesabı ilə qalib gəlib.

Jose Mourinho matçda 4-3-3 sxeminə üstünlük verib. Qapıda Osman Ertuğrul Çetini oynayan təcrübəli çalışdırıcı Yiğit Efe, Serdar Aziz, Luan Peres və Oosterwoldən ibarət kvartetə müdafiə xəttində oynamaq şansı verib. Fred, Krunic ve Mert Hakanı yarımmüdafiəyə həvalə edən Mourinho matça Cengiz Ünder, Ryan Kent ve Edin Dzekodan ibarət hücumçu üçlüyü ilə başlamağa üstünlük verib.

Prezident Ali Koç, İdman direktoru Mario Branco, baş katib Burak Kızılhan və idarə heyəti üzvləri matçı izləmək üçün Topuk Yaylasına gəldilər. Rumıniya komandasının menecerləri ilə görüşən Ali Koç daha sonra Fenerbahçenin texniki heyətindən komandanın hazırkı vəziyyəti ilə bağlı məlumat alıb.

Qarşılaşmada çıxış edən futbolçular bərpa məşqi edib və Topuk Yaylası düşərgəsi başa çatıb. “Fenerbahçe” iyulun 2-də Avstriyanın Graz şəhərində növbəti düşərgə üçün bir araya gələcək.

İyulun 13-dək davam edəcək məşqdə sarı-göylülər 3 yoldaşlıq oyunu keçirəcək.