“Fenerbahçe” Osayi-Samuel ilə bağlı qərar verib

Bakı, 12 iyul, Sporaz.tv

Fenerbahçe” müqaviləsinin son ilində olan Bright Osayi-Samuel ilə yeni müqavilə danışıqlarından hələ heç bir nəticə əldə etməyib. “Sarı-göylü” komanda Osayi-Samueldə yol xəritəsini təyin etdi.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin 2020-21 mövsümünün ara transfer dövründə “QPR”dən 508 min avroya heyətinə qatdığı Bright Osayi-Samuel müqaviləsinin son ilinə qədəm qoyub.

“Sarı-göylər” komanda nigeriyalı sağ cinah müdafiəçisi ilə yeni müqavilə danışıqlarından hələlik heç bir nəticə əldə etməyib.

“Fenerbahçe”dən illik 1,8 milyon avro qazanan Osayi-Samuel 2,5 milyon avro istəyib.

Rəhbərlik bu tələbi yüksək hesab etsə də, danışıqların sonrakı tarixə təxirə salındığı bildirilib.

2024-25 mövsümünün sonunda Osayi-Samueli pulsuz itirmək istəməyən “Fenerbahçe” rəhbərliyi nigeriyalı futbolçunun yol xəritəsini müəyyən edib.

“Sarı-göylülər” uğurlu sağ cinah müdafiəçisi ilə anlaşa bilməsələr, mövsümün sonuna qədər gözləmədən Osayi-Samuel üçün təklifləri dəyərləndirəcəklər.

Ötən mövsüm 39 matça çıxan və 3061 dəqiqə meydanda qalan Osayi-Samuel 4 qol və 6 məhsuldar ötürmə ilə hesaba töhfə verib.

Bahar Rüstəm