Bakı, 2 oktyabr, Sporaz.tv
FİBA Qadınlar arasında Superkubok uğrunda mübarizə aparan “Fenerbahçe(Fənərbaxça) Opet” – “Beşiktaş” matçı azarkeşlərin meydançaya yanan və partlayıcı maddələr atması səbəbindən sabaha təxirə salınıb. Qarşılaşma sabah saat 17:00-da Basketbol İnkişaf Mərkəzində oynanılacaq.
Sporaz.tv məlumat verir ki, basketbol üzrə “Fenerbahçe Opet” – “Beşiktaş” arasında keçirilən FİBA Qadınlar arasında Superkubok matçı tamaşaçıların meydançaya yanan və partlayıcı maddələr atması səbəbindən dayandırılıb.
Basketbol İnkişaf Mərkəzində keçirilən qarşılaşma 1 dəqiqə 56 saniyə sonra tamaşaçıların meydançaya tez alışan və partlayıcı maddələr atmasından sonra dayandırılıb. Qarşılaşma dayandırıldıqdan sonra futbolçular və hakimlər paltardəyişmə otağına yollanıblar.
Polis qüvvələri xarici əşyaların atıldığı mətbuat tribunasının qarşısında tədbir görüb.