“Fenerbahçe” nin Çempionlar Liqasındakı mümkün rəqibləri bəlli olub

Bakı, 27 may, Sporaz.tv

Super Liqanı 99 xalla 2-ci pillədə başa vuran “Fenerbahçe” 2024-2025 mövsümündə Avropa macərasına Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən başlayacaq. Çempionlar Liqasında qruplara vəsiqə qazanmaq üçün mübarizə aparacaq “Fenerbahçe”nin 2-ci və 3-cü təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.

Sporaz.tv xəbər verir ki, Super Liqada mövsümü çempion “Galatasaray“dan sonra 2-ci pillədə başa vuran “Fenerbahçe” gələn mövsüm Türkiyəni Çempionlar Liqasında təmsil edəcək.


Avropa macərasına Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən başlayacaq “Fenerbahçe” qruplara vəsiqə qazanmaq üçün 3 tur keçməli olacaq.


“Fenerbahçe”nin Çempionlar Liqasının 2-ci və 3-cü təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.


Buna uyğun olaraq “Fenerbahçe” 2-ci təsnifat mərhələsində Serbiyanın “Partizan” və ya İsveçrənin “Luqano” klubları ilə qarşılaşacaq.


“Fenerbahçe”nın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində 4 mümkün rəqibi var.


Şotlandiyanın “Rangers” və Fransanın “Lille” klubları 3-cü təsnifat mərhələsində diqqətçəkən komandalardır.


Çexiyadan “Slavia Prag” və Avstriyadan “Salzburg” da “Fenerbahçe”nin mümkün rəqibləri sırasındadır.

“Sarı-göylülər” bu mərhələni keçsə, Çempionlar Liqasında qruplara yüksələcək.

Bahar Rüstəm