“Fenerbahçe” nin paylaşmı diqqət çəkdi

Bakı,20 may,Sporaz.tv

Fenerbahçe” Klubu “Galatasaray” derbisindəki qələbədən sonra komandanın soyunub-geyinmə otağından fotolar paylaşıb.

Sporaz.tv  xəbər verir ki, Trendyol Superliqasının 37-ci həftəsində derbidə “Galatasaray”ı səfərdə 1:0 hesabı ilə məğlub edən “Fenerbahçe” çempionluq ümidlərini son həftəyə daşıdı.”Fenerbahçe”nın qolunu 71-ci dəqiqədə Çağlar Söyüncü vurub.
“Fenerbahçe” Klubu derbidən sonra soyunub-geyinmə otağının görüntülərini rəsmi internet saytında paylaşıb.
Kritik qələbədən sonra “Fenerbahçe”li futbolçular derbi qələbəsini paltardəyişmə otağında qeyd ediblər.
Digər tərəfdən soyunub-geyinmə otağında taktika lövhəsinə yazılan ifadələr diqqət çəkib.
Taktika lövhəsində “Dəstəklə deyil, tər tökməklə” və “İttifaq 0-1 Fənərbaxça” ifadələri diqqət çəkib.

Bahar Rüstəm