Bakı, 14 iyun, Sporaz.tv
“Fenerbahçe” baş məşqçisi Jose Mourinhonun rəhbərliyi altında başlayacaq Avstriya düşərgəsi çərçivəsində keçiriləcək yoldaşlıq görüşlərini açıqlayıb.
Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”dan verilən açıqlamada “Admira Wacker“, “Hajduk Split” və “Strasbourg“la yoldaşlıq matçının keçiriləcəyi bildirilib.
“Fenerbahçe”nin tam açıqlaması belədir:
“22 iyun 2024-cü il tarixində baş məşqçimiz Jose Mourinhonun rəhbərliyi ilə 2024-25 mövsümünə başlayacaq Futbol A Komandamızın Avstriya düşərgəsi çərçivəsində keçirəcəyi yoldaşlıq oyunlarının təqvimi açıqlanıb”.
Şənbə, 6 iyul:
“Fenerbahçe” – “Admira Wacker”
19:00
BSFZ ARENA
Çərşənbə, 10 iyul:
“Fenerbahçe” – “Hajduk Split”
19:00
Merkur Arena
Şənbə, 13 iyul:
“Fenerbahçe” – “Strasbourg”
18:30
Merkur Arena
“Futbol Komandamız 13 iyul 2024-cü ildə oynayacağı matçdan sonra hazırlıqlarını tamamlayıb İstanbula qayıdacaq.”
Bahar Rüstəm