“Fenerbahçe” – “Lugano” matçının hakimi bəlli olub

Bakı, 15 iyul, Sporaz.tv

İngiltərə Futbol Federasiyasından Robert Jones Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Fenerbahçe“nin evdə “Lugano“ya qarşı keçirəcəyi revanş oyununu idarə edəcək.

Sporaz.tv məlumat verir ki, Çempionlar Liqasındakı təmsilçilərimizdən olan “Fenerbahçe”nin 2-ci təsnifat mərhələsinin cavab oyununda evdə keçirəcəyi “Lugano” matçının hakimi bəlli olub.

“Fenerbahçe” – “Lugano” matçının fitini ingilis hakim Robert Jones çalacaq. Jonesin köməkçiləri eyni ölkədən Neil Davies və Wade Smith olacaq. Matçın 4-cü hakimi Sem Barrotdur.

Fenerbahçe ilə Lugano arasında Ülkər stadionunda keçiriləcək revanş matçı 30 iyul çərşənbə axşamı saat 21:00-da başlayacaq.