“Fenerbahçe” “Lille”i mübarizədən kənarlaşdırsa, rəqibi kim olacaq?

Bakı, 5 avqust, Sporaz.tv

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunları müəyyənləşib. “Fenerbahçe” 2-ci təsnifat mərhələsində “Lugano”nu məğlub edərək, 3-cü təsnifat mərhələsində Fransanın “Lille” komandası ilə qarşılaşıb. Çempionlar Liqasına vəsiqə qazanmaq istəyən Jose Mourinhonun rəhbərliyi altında “Fenerbahçe”də bütün gözlər püşkatmada mümkün rəqibə çevrilib. “Fenerbahçe”nın mümkün rəqibləri bu günlərdə bəlli olub.


Sporaz.tv xəbər verir ki, Çempionlar Liqasında yeni mövsüm həyəcanının başlamasına çox az vaxt qalıb. “Galatasaray” və “Fenerbahçe” Nəhənglər Liqasına qatılmaq üçün mübarizə aparır. Yeni formata görə, Çempionlar Liqasında 36 komanda olacaq. “Fenerbahçe” 3-cü təsnifat mərhələsində Fransanın “Lille” komandası ilə qarşılaşacaq. Sarı-göylülər bu qarşılaşmadan keçsə, pley-off mərhələsinə vəsiqə qazanacaq və Çempionlar Liqasına bir addım yaxınlaşacaq.

“Fenerbahçe” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Lille”ə qalib gəlsə, pley-off mərhələsinə yüksələcək.

Sarı-göylülər “Lille”ə qalib gəlsə, “Slaviya Praga” – “Union SG” və “Dinamo Kiyev” – “Rangers” matçının qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 20-21-də, cavab görüşləri isə 27-28 avqustda keçiriləcək. Pley-off mərhələsindən keçən komandalar UEFA Çempionlar Liqasının qruplarına düşəcəklər.

Bahar Rüstəm