“Fenerbahçe” “Lille” matçının taktikasını məşq etdi

Bakı, 4 avqust, Sporaz.tv

FenerbahçeUEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 6-da Fransanın “Lille” komandası ilə ilk səfər matçının hazırlıqlarını davam etdirib.

Sporaz.tv xəbər verir ki, “Sarı-göylər” klubundan verilən məlumata görə, baş məşqçi Jose Mourinhonun rəhbərliyi altında Ülkər stadionunda keçirilən məşq isinmə və cəldlik məşqi ilə başlayıb.

Ötürmə təşkilatları ilə davam edən “sarı-göylülər”in məşqi taktiki və fərdi işlərlə yekunlaşıb.

Sabah Can Bartu Təsislərində məşq etdikdən sonra hazırlıqlarını tamamlayacaq “Fenerbahçe” saat 14.00-da Fransaya yola düşəcək.

Bahar Rüstəm