“Fenerbahçe” “Lille” matçı üçün düşərgə heyətini açıqlayıb

Bakı, 5 avqust, Sporaz.tv

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Lille”lə qarşılaşacaq “Fenerbahçe” düşərgə heyətini açıqlayıb.

Sporaz.tv xəbər verir ki, Avropa futbolunun klub səviyyəsində 1 nömrəli təşkilatı olan Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunlarına sabah start veriləcək.

“Fenerbahçe” bu turun ilk oyununda səfərdə “Lille”lə qarşılaşacaq.

Sabahkı oyundan əvvəl “Fenerbahçe” düşərgə heyətini açıqlayıb.

“Fenerbahçe”nın yeni transferi Youssef En-Nesyri ilk dəfə “sarı-göylü” komandanın düşərgə heyətində yer alıb.

“Sarı-göylər”in daha bir yeni transferi Allan Saint-Maximin isə “Lugano” ilə matçda heyətdə olsa da, oyuna daxil olmayıb.

Bahar Rüstəm