“Fenerbahçe” komandası, yeni mövsümün ilk məşqinə başlayır

Bakı, 24 iyun, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça) yeni mövsüm öncəsi düşərgə məşqinin ilk mərhələsi üçün Düzcenin Kaynaşlı rayonundakı Topuk Yaylası Təsislərinə gəlib.

Sporaz.tv xəbər verir ki, Fenerbahçe (Fənərbaxça) komandası, Samandıradakı Can Bartu Təsislərindən saat 11:00-da yola düşüb və saat 13:30 radələrində obyektlərə çatıb.

İyunun 24-29-da çalışmalarını yeni baş məşqçisi Jose Mourinhonun rəhbərliyi altında, milli futbolçularla yanaşı məzuniyyətdə olanlarla da əksik bir şəkildə davam etdirəcək sarı-göylülər, düşərgənin son günündə Mehmet Topalın çalışdırdığı Rumıniya komandası, Petrolul Ploieşti ilə qarşılaşacaq.

Fenerbahçe (Fənərbaxça), bu gün saat 18:00-da yeni mövsümün ilk məşqinə çıxacaq.