“Fenerbahçe” infrastrukturundan olimpiadalara

Bakı, 7 iyun, Sporaz.tv

Elis Özbay avarçəkmə üzrə tariximizdə Türkiyəni Olimpiya Oyunlarında təmsil edən ilk qadın idmançı olub.

Sporaz.tv xəbər verir ki, fenerbahçeli avarçəkən Elis Özbay İsveçrədə keçirilən Dünya Olimpiya Kvota Yarışlarında əldə etdiyi sıralama ilə Olimpiya Oyunlarına vəsiqəni alıb və Türkiyəni Olimpiya Oyunlarında təmsil edən ilk qadın avarçəkmə idmançısı olub.

Fenerbahçe” infrastrukturunda böyüyən, 2 Dünya və 2 Avropa çempionluğu olan Elis Özbay İsveçrədə qatıldığı son kvota yarışlarında uğurlu çıxışı ilə yüngül çəkidə tək qayıqda olimpiya kvotasını aldı.”Fenerbahçe”nin Elis Özbay da daxil olmaqla 14 idmançısı Parisdə keçiriləcək Olimpiadada iştirak etmək hüququ qazanıb.

Bahar Rüstəm