Bakı, 17 noyabr, Sporaz.tv
“Al Nassr“(Əl Nassr)-ın idarəçiləri “Fenerbahçe”(Fənərbaxça) ilə əlaqəsi olan Anderson Talisca ilə bağlı açıqlama verib.
Sporaz.tv məlumat verir ki, “Fenerbahçe” ilə “Al Nassr”-ın braziliyalı ulduzu Anderson Taliscanın adı hallanır. Mətbuatda yayılan xəbərlərə görə, sarı-göylülər fasilədə 30 yaşlı futbolçunu heyətinə qatmaq üçün hazırlıq görür.
Səudiyyə Ərəbistanı komandası transfer iddiaları ilə bağlı açıqlama verib.
Transfer Otağı tədbiri üçün İstanbula gələn “Al Nassr” İdman Direktoru Adrian Esparraga Taliscanın komandadan ayrılmayacağını açıqlayıb.
Səudiyyə Ərəbistanı komandası ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq Talisca ilə bağlı Arriyadiyaha danışan Esparraga: “Anderson Talisca mövsümü Al Nassrda başa vuracaq”- deyib
Anderson Talisca, “Al Nassr”-da 102 matçda iştirak edib. Braziliyalı ulduz 76 qol vurub və 10 məhsuldar ötürmə edib. 30 yaşlı hücumçu ötən mövsüm “Al Nassr”-la müqaviləsini uzadıb.