“Fenerbahçe” İdman Klubunun 117 yaşı var

Bakı,3 may, Sporaz.tv

Türkiyə idmanında 9 şöbədə fəaliyyət göstərən  “Fenerbahçe”(Fənərbaxça) İdman Klubu yaranmasının 117-ci ildönümünü qeyd edir. Sarı-göylü komanda 9 filialda fəaliyyətini davam etdirir və uğurlu nəticələr əldə edir.

Sporaz.tv xəbər verir ki, 1899-cu ildə “Qara Corablar” adı ilə bir araya gələn və daha sonra 1902-ci ildə Kadıköy Futbol Klubunu quran Moda və Kadıköy gənclərinin bu iki təşəbbüsü o dövrün səltənət dövrünə görə reallaşa bilmədi. Monarxiya rejiminin yumşalması ilə eyni gənclər 1907-ci ildə bir daha bağlanmamaq üçün “Fenerbahçe”(Fənərbaxça) Futbol Klubunu qurdular.

Qurtuluş Savaşı və Qurtuluş Döyüşündəki mübarizəsi ilə tarixə düşən Fənərbaxçanın ilk prezidenti Ziya bəy (Songülen), ilk baş katibi Ayətullah bəy və ilk baş kapitanı və xəzinədarı Necip bəy vardı. (Okaner). Fənərbaxça Futbol Klubu 1908-ci ildə assosiasiyaya çevrilən ilk klub oldu.

Qurulduğu zaman rəngləri sarı-ağ olan Fənərbaxça Futbol Klubu, 1909-cu ildə adını Fənərbaxça İdman Klubu olaraq dəyişdirərək bu günə qədər istifadə etdiyi sarı-tünd mavi rəngləri mənimsəyib.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk I Dünya Müharibəsi gedən 3 may 1918-ci ildə Fənərbaxça klubunun prezidenti və yaxın dostu Səbri Toprakla sarı-göylü klubu ziyarət edib.

Vüqar Alışov