“Fenerbahçe” Hojbjergi istəyir

Bakı, 15 iyun, Sporaz.tv

FenerbahçePierre-Emile Hojbjergi gündəmə gətirib. “Sarı-göylər” “Tottenham“lə müqaviləsinin bitməsinə 1 il qalmış yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”-də transfer çalışmaları davam edir. Sarı-göylülərin təcrübəli çalışdırıcısı Jose Mourinho, müdafiəyə əsaslanan yarımmüdafiəçi transferi istədiyini rəhbərliyə çatdırıb.

Ali Koçun bu çərçivədə işə başladığı bildirilir.

Danimarkalı futbolçu bu mövsüm İngiltərə yığmasının heyətində 39 rəsmi oyunda iştirak edib. Bu matçların 10-na ilk 11-də başlayan Hojbjerg komandasına nə qol, nə də məhsuldar ötürmə verə bilib.

4 mövsümdür London təmsilçisinin uğurları üçün mübarizə aparan 28 yaşlı futbolçu, 184 matçda 10 dəfə fərqlənib, 16 qol ötürməsi edib.

“Tottenham”də çıxış edən 28 yaşlı futbolçunun klubu ilə müqaviləsi 2025-ci ildə başa çatır.