“Fenerbahçe” heyətini gücləndirib

Bakı, 11 sentyabr, Sporaz.tv

Fenerbahçe Beko, Kanadalı mərkəz hücumçusu Khem Birch ilə 1 illik müqavilə imzaladığını açıqladı.

Sporaz.tv xəbər verir ki, sarı-göylü komandadan verilən açıqlamaya görə, uzunmüddətli NBA karyerasından sonra sonuncu dəfə İspaniya təmsilçisi “Girona“nın formasını geyinən 31 yaşlı, 2,06 metr boyunda kanadalı basketbolçu, yeni sezonda Fenerbahçe Beko (Fənərbaxça Beko) üçün mübarizə aparacaq.

Futbolçu haqqında karyera məlumatlarının yer aldığı açıqlamada aşağıdakı ifadələrdən istifadə edilib:

“Birch, uzun illər davam edən NBA karyerasında 298 yarışda meydana çıxıb və orta hesabla 5.0 xal, 4.4 ribaund və 1 məhsuldar ötürmə əldə edib. Uğurlu oyunçumuz, uzun müddətdir Kanada Milli Komandasında çıxış edir. Khem Birch, 2024-cü il Olimpiya Oyunlarında da iştirak edib. Ümid edirik ki, bu müqavilə klubumuz və Khem Birch üçün faydalı olacaq.”

Leave a Reply