“Fenerbahçe” – “Galatasaray” derbisi nə vaxt olacaq?

Bakı, 11 sentyabr, Sporaz.tv

Trendyol Super Liqasının 5-ci həftəsinin təqvimi açıqlanarkən bütün gözlər “Fenerbahçe” – “Galatasaray” derbisinə çevrildi. Ötən mövsüm çempionluq uğrunda mübarizə aparan iki komanda bu mövsüm çempionluq yarışında ən önəmli namizəd olub.

Sporaz.tv xəbər verir ki, Super Liqada mövsümün gözlənilən derbisinin ev sahibi “Fenerbahçe” olacaq. Əzəli rəqibini Şükrü Saracoğlu stadionunda qəbul edəcək “sarı-göylülər” azarkeşlərin üstünlüyündən istifadə edərək meydandan qələbə ilə ayrılmağı hədəfləyib. Super Liqada son 4 həftədə 3 qalibiyyət və 1 heç-heçə əldə edən “Fenerbahçe”, daha çox matçla liderlik kürsüsündə oturur. “Galatasaray” isə avrokubok matçına görə təxirə salındığı halda keçirdiyi 3 oyunun hamısında qalib gəlib. “Fenerbahçe” – “Galatasaray” derbisinin təfərrüatları məlum olub.

“Fenerbahçe” ilə “Galatasaray” arasında mövsümün ilk derbisi 21 sentyabr şənbə günü saat 20:00-da başlayacaq. 6-cı həftənin qarşılaşması beIN Sports 1 kanalında canlı yayımlanacaq.

Super liqa 2024-2025 Derbi Həftələri

5. həftə: Trabzonspor – Beşiktaş

6. həftə: Fenerbahçe – Galatasaray

10. həftə: Galatasaray – Beşiktaş

11. həftə: Trabzonspor – Fenerbahçe

15. həftə: Beşiktaş – Fenerbahçe

16. həftə: Galatasaray – Trabzonspor

Trendyol Super Liqasının 5-ci həftəsində mövsümün ilk derbi həyəcanı yaşanacaq. “Trabzonspor” “Papara Park”da “Beşiktaş”ı qəbul edəcək. 5-ci həftənin matç cədvəli belədir;

Şənbə, 17 Sentyabr

17:00 Sivasspor – Gaziantep FK

17:00 Samsunspor – Konyaspor

20:00 Bodrum FK – Başakşehir FK

20:00 Galatasaray – Çaykur Rizespor

Bazar, 18 Sentyabr

17:00 Kayserispor – Eyüpspor

17:00 Kasımpaşa – Fenerbahçe

20:00 Alanyaspor – Hatayspor

20:00 Trabzonspor – Beşiktaş

Bazar ertəsi, 19 Sentyabr

20:00 Antalyaspor – Adana Demirspor

Bahar Rüstəm

Leave a Reply