Bakı, 11 sentyabr, Sporaz.tv
Trendyol Super Liqasının 5-ci həftəsinin təqvimi açıqlanarkən bütün gözlər “Fenerbahçe” – “Galatasaray” derbisinə çevrildi. Ötən mövsüm çempionluq uğrunda mübarizə aparan iki komanda bu mövsüm çempionluq yarışında ən önəmli namizəd olub.
Sporaz.tv xəbər verir ki, Super Liqada mövsümün gözlənilən derbisinin ev sahibi “Fenerbahçe” olacaq. Əzəli rəqibini Şükrü Saracoğlu stadionunda qəbul edəcək “sarı-göylülər” azarkeşlərin üstünlüyündən istifadə edərək meydandan qələbə ilə ayrılmağı hədəfləyib. Super Liqada son 4 həftədə 3 qalibiyyət və 1 heç-heçə əldə edən “Fenerbahçe”, daha çox matçla liderlik kürsüsündə oturur. “Galatasaray” isə avrokubok matçına görə təxirə salındığı halda keçirdiyi 3 oyunun hamısında qalib gəlib. “Fenerbahçe” – “Galatasaray” derbisinin təfərrüatları məlum olub.
“Fenerbahçe” ilə “Galatasaray” arasında mövsümün ilk derbisi 21 sentyabr şənbə günü saat 20:00-da başlayacaq. 6-cı həftənin qarşılaşması beIN Sports 1 kanalında canlı yayımlanacaq.
Super liqa 2024-2025 Derbi Həftələri
5. həftə: Trabzonspor – Beşiktaş
6. həftə: Fenerbahçe – Galatasaray
10. həftə: Galatasaray – Beşiktaş
11. həftə: Trabzonspor – Fenerbahçe
15. həftə: Beşiktaş – Fenerbahçe
16. həftə: Galatasaray – Trabzonspor
Trendyol Super Liqasının 5-ci həftəsində mövsümün ilk derbi həyəcanı yaşanacaq. “Trabzonspor” “Papara Park”da “Beşiktaş”ı qəbul edəcək. 5-ci həftənin matç cədvəli belədir;
Şənbə, 17 Sentyabr
17:00 Sivasspor – Gaziantep FK
17:00 Samsunspor – Konyaspor
20:00 Bodrum FK – Başakşehir FK
20:00 Galatasaray – Çaykur Rizespor
Bazar, 18 Sentyabr
17:00 Kayserispor – Eyüpspor
17:00 Kasımpaşa – Fenerbahçe
20:00 Alanyaspor – Hatayspor
20:00 Trabzonspor – Beşiktaş
Bazar ertəsi, 19 Sentyabr
20:00 Antalyaspor – Adana Demirspor
Bahar Rüstəm