“Fenerbahçe” futbolçusundan xəbər ala bilmir

Bakı, 16 avqust, Sporaz.tv

Fenerbahçe (Fənərbağça)-nın “Gremio“ya icarəyə verdiyi Joao Pedronun Braziliya yığması ilə müqaviləsi bitsə də, sarı-göylülər komandasına qayıtmadığı iddia edilib.

Fenerbahçe (Fənərbağça)-nın 2022-ci ildə “Cagliari”dən heyətinə qatdığı, lakin gözlənilən performansı ala bilmədiyi üçün ötən yay icarə əsasında “Gremio”ya göndərdiyi Joao Pedrodan heç bir xəbərin olmadığı bildirilib.

Rəhbərlik, meneceri ilə əlaqə saxlayaraq futbolçunun vəziyyətini soruşduqda, onun menecerinin də Joao Pedro ilə görüşə bilmədiyi üzə çıxıb.

Sarı-göylü komanda, ildə 2,5 milyon avro qazanan braziliyalı hücumçunun vəziyyəti ilə bağlı hüquqi prosesə başlayacaq.