“Fenerbahçe” Filip Kostici açıqlayıb

Bakı, 8 sentyabr, Sporaz.tv

FenerbahçeFilip Kosticin icarəyə götürülməsi ilə bağlı “Juventus“la anlaşdığını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe” 31 yaşlı Filip Kosticin icarə transferi üçün “Juventus”la prinsipial razılığın əldə edildiyini açıqlayıb.

Transfer dövrünün bitməsinə az qalmış “Fenerbahçe”də işlər davam edir. Sarı-göylülər 31 yaşlı sol cinah oyunçusu Filip Kosticin icarəyə götürülməsi üçün İtaliyanın “Juventus” komandası və futbolçu ilə razılığa gəldiyini açıqlayıb. “Fenerbahçe”dən verilən açıqlamada “Klubumuz Filip Kosticin icarəyə götürülməsi ilə bağlı klubu “Juventus” və futbolçu ilə prinsipial razılığa gəlib. Kosticin səhhətinin yoxlanılması və gələcək transfer danışıqları üçün İstanbula dəvət olunub”.

Bahar Rüstəm

Leave a Reply