Bakı, 9 avqust, Sporaz.tv
Fenerbahçe (Fənərbağça)-nın Ferdi Kadıoğlu üçün sürpriz qərar qəbul etdiyi iddia edilib.
Sporaz.tv xəbər verir ki, transfer pəncərəsinin sonuna yaxınlaşdıqca, Ferdi Kadıoğlunu təqib edən klublar qiymətləri artırmağa başlayıb.
Brighton (Brayton)-un 35 milyon avroluq rekord təklifindən sonra Fenerbahçe (Fənərbağça)rəhbərliyi futbolçu ilə bağlı yeni qərar verib.
Fenerbahçe (Fənərbağça), bu rekord təklifə baxmayaraq, Ferdi Kadıoğlunu satmaq fikrində deyil və sarı-göylü rəhbərlik, Ferdi Kadıoğluya 5 illik yeni müqavilə təklif etməyə hazırlaşır.
Həmçinin klub, yeni müqavilə ilə Ferdi Kadıoğlunun maaşında ciddi artım edəcək.
Ferdi Kadıoğlu ötən mövsüm Fenerbahçe (Fənərbağça)-nın heyətində 51 oyun keçirib. Futbolçu, bu matçlarda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.