“Fenerbahçe”, En-Nesyrini gözləyir

Bakı, 21 iyul, Sporaz.tv

Fenerbahçe (Fənərbağça), yeni hücumçusu üçün geri sayıma başlayıb. Sevilla (Sevilya)-da çıxış edən oussef En-Nesyrinin transferi üçün prinsipial razılıq əldə olunub.

Sporaz.tv xəbər verir ki, Fenerbahçe (Fənərbağça), hücumçularını gücləndirmək üçün səylərini davam etdirir. Komandanın yeni hücumçusunu heyətə qatmaq üçün “Sevilya” rəhbərliyi ilə aparılan danışıqlar başa çatıb.

Sarı-göylü komanda, Youssef En-Nesyri transferini böyük ölçüdə tamamladı. Mourinhonun israrla futbolçu tələbindən sonra rəhbərlik bütün imkanları səfərbər edib.

Fenerbahçe (Fənərbağça), mərakeşli futbolçunun transferi üçün 20 milyon avro və bonuslar qarşılığında İspaniya komandası ilə anlaşıb. Rəhbərlik bu məbləğin bir hissəsini hissə-hissə ödəyəcək.

Uzun danışıqlardan sonra En-Nesyri ilə 4 illik müqavilə bağlanması razılaşdırılıb. Ərəbistan və İtaliyanın bəzi klubları futbolçunun qərarını son ana qədər dəyişməyə çalışsa da, Fenerbahçe (Fənərbağça), qətiyyətli mövqeyini qoruyub və En-Nesyrini razı salıb. Transferin tezliklə rəsmiləşəcəyi gözlənilir.

En-Nesyri, bu mövsüm 41 matçda iştirak edib, onlardan 36-sı start 11-də olub. Ulduz futbolçu, 20 dəfə rəqib torunu silkələyib, 2 qol ötürməsi verib.