“Fenerbahçe” En-Nesyri üçün geri saymadadır

Bakı, 18 iyul, Sporaz.tv

Fenerbahçe mərkəz forvard transferi üçün geri sayır. En-Nesyrinin transferi üçün “Sevilla” ilə böyük razılığa gələn sarı-göylülər futbolçudan xəbər gözləyir.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe” rəhbərliyi Youssef En-Nesyrinin transferi ilə bağlı “Sevilla” ilə böyük ölçüdə anlaşıb.

Mərakeşli hücumçu üçün ödəniləcək məbləğ bonuslarla birlikdə 20 milyon avronu keçir.

En-Nesyri ilə 4 illik müqavilə imzalamaq istəyən “Fenerbahçe” futbolçuya təklif edib və gözlədi.

En-Nesyridən xəbər gözləyən digər klub isə “Roma”dır. Hazırda sarı-göylü komandanın təklif etdiyi şərtlər A Seriya komandasının təklifindən daha yüksəkdir. Transferə qısa zamanda aydınlıq gələcəyi gözlənilir.

“Sevilla” ilə iki dəfə Avropa Liqası çempionu olan Youssef En-Nesyri ötən mövsüm 41 matçda 20 qol vurub, 3 məhsuldar ötürmə edib.