“Fenerbahçe” derbiyə hazır

Bakı,19 may, Sporaz.tv

Trendyol Super Liqasının 37-ci həftəsində sabah keçiriləcək derbidə “Galatasaray“ın qonağı olacaq “Fenerbahçe” hazırlıqlarını tamamlayıb.

Sporaz.tv  xəbər verir ki, Trendyol Super Liqasının 37-ci həftəsində sabah keçiriləcək derbidə “Galatasaray”ın qonağı olacaq “Fenerbahçe” hazırlıqlarını tamamlayıb.

Sarı-göylülər klubundan verilən açıqlamada “Fenerbahçe” Can Bartu Təsislərində baş məşqçi İsmail Kartalın rəhbərliyi altında keçirilən məşqin qaçış, isinmə, koordinasiya və cəldlik hərəkətləri ilə başladığı bildirilib. Daha sonra 3 qrupa bölünən futbolçular 5-ə 2 top tutma və ötürmə ilə davam etdirdikləri məşqi taktiki və fərdi işlərlə başa vurublar.

Bahar Rüstəm