Bakı, 19 oktyabr, Sporaz.tv
“Fenerbahçe“(Fənərbağça)-nin prezidenti Acun Ilıcalı dünyaca məşhur müğənni Rihanna ilə əməkdaşlıq müqaviləsi imzalamağa hazırlaşır. “Fenerbahçe”-nin sözügedən layihədən 50 milyon dollar gəlir gözlədiyi bildirilib.
Sporaz.tv məlumat verir ki, “Fenerbahçe” qeyri-adi əməkdaşlığa imza atmağa hazırlaşır. Bildirilib ki, Acun Ilıcalı Rihanna ilə xüsusi müqavilə imzalayacaq.
“Fenerbahçe”-nin dünyaca məşhur müğənni Rihanna və həyat yoldaşı ASAP Rocky ilə mühüm tanıtım anlaşması etməyə hazırlaşdığı bildirilib.
Bu razılaşma ilə Rihanna və əri ASAP Rocky, “Fenerbaheçe”-nin matçlarını Ülker Stadionunda izləməyə gələcək. Dünyaca məşhur cütlük sosial media hesablarında “Fenerbahçe” forması ilə çəkilmiş fotolarını da paylaşacaq.
Rihannanın Instagram-da 151 milyon, X-də isə 108,5 milyon izləyicisi var. ASAP Rockynin İnstaqram izləyiciləri təxminən 20 milyondur.
“Fenerbahçe” rəhbərliyi beynəlxalq təsir yaratmağı hədəflədiyi bu müqavilədən 50 milyon dollar gəlir gözləyir.
“Fenerbahçe”-nin müqavilə çərçivəsində Rihanna və ASAP Rockyyə edəcəyi ödəniş hələ dəqiqləşməyib.