“Fenerbahçe”, Cristia Medinanın transferi üçün son qərarı gözləyir

Bakı, 3 sentyabr, Sporaz.tv

Boca Juniors (Boka Juniors)-un yarımmüdafiəçisi Cristia Medina ilə marağını davam etdirən Fenerbahçe (Fənərbaxça)-nın Argentina klubuna yeni təklif etdiyi iddia edilib.

Sporaz.tv xəbər verir ki, Boca, sarı-göylü klubdan Medina üçün təklif alıb.

Xarici mənbələrdəki məlumata əsasən,Fenerbahçe (Fənərbaxça)-nın transfer pəncərəsi bağlanana qədər 22 yaşlı futbolçunu heyətinə qatmaq istədiyi, lakin Argentina klubunun Medinanı ilin sonuna qədər komandada saxlamaq istədiyi bildirilib.

Qeyd olunub ki, Boca Juniors (Boka Juniors), yaxın bir neçə saat ərzində Cristia Medinanın Fenerbahçe (Fənərbaxça)-ya transferi ilə bağlı yekun qərarını açıqlayacaq.

Klubu ilə 2027-ci ilə qədər müqaviləsi olan Medina, bu mövsüm 29 matçda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.