“Fenerbahçe”, Cenk Tosun transferini açıqladı

Bakı, 16 iyul, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça), Beşiktaşdan ayrılan Cenk Tosun ilə prinsipial razılığın əldə edildiyini açıqladı.

Sporaz.tv xəbər verir ki, Fenerbahçe (Fənərbaxça), transferi sürətləndirib və “Alanyaspor”dan transfer etdiyi Oğuz Aydından sonra “Beşiktaş”dan ayrılan Cenk Tosunla anlaşıb.

Fenerbahçe (Fənərbaxça)-dan Cenk Tosunun transferi ilə bağlı verilən açıqlamada: “Klubumuzla prinsipial razılıq əldə etdiyi milli futbolçu Cenk Tosun səhhəti ilə bağlı yoxlamadan keçmək və transfer danışıqlarını davam etdirmək üçün bu gün İstanbula gələcək”.- bəyanatı daxil edilmişdir.

Açıqlamadan qısa müddət sonra Cenk Tosun səhər saatlarında Fenerbahçe (Fənərbaxça) üçün İstanbula gəlib.

Ötən mövsüm “Beşiktaş”ın heyətində 47 matça çıxan Cenk Tosun, 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. AVRO-2024-ün heyətində yer alan təcrübəli futbolçu, 2 oyuna çıxıb, 1 qol vurub.

Cenk Tosun karyerasında “Beşiktaş”la yanaşı “Eintract Frankfurt”, “Gaziantepspor”, “Everton” və “Crystal Palace”da da çıxış edib.