“Fenerbahçe” Çağlar Söyüncünün transferi üçün nə qədər ödəyəcək?

Bakı, 1 iyul, Sporaz.tv

Çağlar Söyüncünün transferindən sonra “Fenerbahçe“də “Atletico Madrid“lə əl sıxıb. Digər tərəfdən “Fenerbahçe”nin Çağlar Söyüncü üçün ödəyəcəyi transfer haqqı ilə bağlı yeni iddia ortaya atılıb.

“Fenerbahçe” ötən mövsümün ara transfer dövründə icarəyə götürdüyü Çağlar Söyüncü bu dəfə transfer haqqı ilə heyətinə qatıb.

Çağlar Söyüncü üçün ödəniləcək transfer haqqını açıqlayıblar

Futbolçudan sonra sarı-göylü komanda da Atletico Madrid ilə anlaşıb.

Çağlar Söyüncünün sağlamlıq yoxlamalarından keçdikdən sonra onu “Fenerbahçe”yə bağlayan müqaviləyə imza atacağı gözlənilir.

Digər tərəfdən, təcrübəli müdafiəçi üçün “Fenerbahçe”nin “Atletico Madrid”ə ödəyəcəyi transfer pulu maraq mövzusuna çevrilib.

Sporaz.tv-nin məlumatına əsasən, sarı-göylülər Çağlar Söyüncü üçün İspaniya komandasına 8 milyon avroluq transfer ödəyəcək.

“Fenerbahçe” yarım mövsümlük icarəyə götürdüyü 28 yaşlı müdafiəçi üçün “Atletico Madrid”ə 2 milyon avro ödəyib.

“Fenerbahçe”nin heyətində ümumilikdə 16 matça çıxan Çağlar Söyüncü 1086 dəqiqə meydanda olub.