“Fenerbahçe Beko”da ayrılıq

Bakı, 1 iyul, Sporaz.tv

Fenerbahçe Beko” Basketbol Komandası, ABŞ əsilli Yunanıstanlı oyunçu Tayler Dorsey ilə yollarını ayırdı.
Sporaz.tv xəbər verir ki, klubdan verilən açıqlamada 2023-cü ilin martından sarı-göylü komandada çıxış edən 28 yaşlı futbolçu ilə yollarını ayırdıqları bildirilib.

Dorsey, Fenerbahçe Beko ilə bir dəfə Basketbol Super Liqası və Türkiyə Kuboku çempionluğunu qazanıb.

Tyler Dorseynin 2021-2022 mövsümündə də çalışdığı Yunanıstan təmsilçisi “Olympiakos”la müqavilə imzalaması gözlənilir.