“Fenerbahçe Beko” səfərdə “Monaco”nu qəbul edib

Bakı, 24 aprel, Sporaz.tv

Sporaz.tv xəbər verir ki, Basketbol THY Avropa Liqasında “Fenerbahçe” Beko sabah play-off 1/4 final seriyasının ilk matçında Monako ilə qarşılaşacaq.

Salle Gaston Medecin İdman Salonunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.

Üç qələbə qazanan komandanın “Dördlər finalı”na yüksələcəyi seriyanın ikinci oyunu 26 aprel cümə günü Monakoda oynanılacaq.

Fenerbahçe Beko normal mövsümü 20 qələbə ilə 6-cı, Monako isə 23 qələbə ilə 3-cü sırada tamamlayıb.

Normal mövsümdə iki komanda arasında İstanbulda keçirilən matçda Fənərbaxça Beko 86-74, səfərdə isə Monako 76-69 qalib gəlib.

2023-2024-cü il mövsümünün çempionunu müəyyən edəcək “Dördlər finalı” mayın 24-26-da Almaniyanın paytaxtı Berlindəki “Mercedes Benz Arena”da keçiriləcək.

Vüqar Alışov