Fenerbahçe Beko qələbə ilə başladı

Bakı,7 iyun,Sporaz.tv

Türkiyə Sığorta Basketbol Super Liqasının pley-off final seriyasının ilk matçında “Fenerbahçe Beko” səfərdə “Anadolu Efes“i 85-74 hesabı ilə məğlub edərək seriyada 1-0 önə keçdi. Seriyanın ikinci oyunu şənbə günü, iyunun 8-də oynanılacaq.

Qarşılaşmanın ilk dəqiqələri qarşılıqlı səbətlərə şahidlik edərkən, kənardan vurduğu səbətlərlə oyuna ağırlığını qoyan Fənərbaxça Beko ilk dörddəbiri 22-16 öndə tamamladı.

İkinci dövrənin əvvəlində Anadolu Efes ardıcıl səbətlərlə hesabı öz xeyrinə çevirərkən, Fənərbaxça Beko yenidən nəzarəti ələ keçirərək Hayes-Devis və Sertaç Şanlının xalları ilə 10 xallıq önə keçdi (32-42). Qol vurmaqda çətinlik çəkən rəqibinə qarşı təsirli oyununu davam etdirən sarı-göylülər 51-36 öndə soyunub-geyinmə otağına yollanıb.

Fənərbaxça Beko üçüncü dörddəbirə Hayes-Devisin xalları ilə başlayıb və xal fərqini 20-yə çatdırıb (36-56). Sərt zona müdafiəsi ilə Anadolu Efesi çöl zərbələrinə yönəldən sarı-göylülər fərqin bağlanmasına imkan verməyib və üçüncü rübü 71-51 üstünlüyü ilə başa vurub.

Son dövrədə nəzarəti əlində saxlayan Fənərbaxça Beko fərqi azaltmağa çalışarkən rəqibinə geri dönüşə imkan verməyib və matçdan 85-74 qalib ayrılıb.

Seriyanın ikinci oyunu isə 8 iyun şənbə günü həmin zalda oynanılacaq.