“Fenerbahçe Beko” heyətini gücləndirib

Bakı, 18 sentyabr, Sporaz.tv

Fenerbahçe Beko“, Boban Marjanovic ilə 1 illik anlaşma əldə etdiyini açıqlayıb.

Sporaz.tv xəbər verir ki, basketbola ölkəsinin “Hemofarm” komandasında başlayan 36 yaşlı Marjanoviç “Fenerbahçe Beko” klubu ilə anlaşma əldə edib.

Basketbolçu, CSKA Moskova, Zalgiris, Nizhny Novgorod, Radnicki, Mega Vizura və Kızılyıldızda da çıxış edib.

2014-2015 Avropa Liqası mövsümünü 16.6 xal, 10.7 ribaund, 0.9 blok və 25.7 səmərəlilik xalı ilə “Srvena Zvezda”da başa vuran Marjanovic, bu performansı ilə ən yaxşı 5-də seçilərək ribaund kralı olub.

Adriatik Liqası və Serbiya Liqası çempionluğunu qazandığı Avropa karyerasını 2015-ci ilin yayında bitirən Marjanovic, daha sonra Amerika Basketbol Liqasına (NBA) qədəm qoyub və San Antonio Spurs, Detroit Pistons, Los Angeles Clippers, Philadelphia 76ers, Dallas Mavericks və Houston Rockets komandalarının formalarını geyinib. Təcrübəli oyunçu, NBA-nın müntəzəm mövsümlərində 331 oyunda iştirak edib və orta hesabla 5,5 xal və 3,6 ribaund əldə edib.

Uzun müddət millidə də çalışmış Marjanoviç, 2017-ci ildə Serbiya forması ilə Avropa çempionatının gümüş medalını qazanıb.

Leave a Reply