Bakı,22 may,Sporaz.tv
Türkiyə təmsilçisi “Fenerbahçe Beko”(Fənərbaxça Beko) Kişi Basketbol Komandası Avropanın klub bazlı ən böyük təşkilatı olan THY Avropa Liqasında 5 ildən sonra ikinci kubokunu qazanmaq üçün Dördlər Finalında meydana çıxacaq.
Sporaz.tv xəbər verir ki, 24-26 may tarixləri arasında Berlində Uber Arenada keçiriləcək təşkilatçılıq üçün bu gün Almaniyaya gedən “Fenerbahçe Beko”(Fənərbaxça Beko) daha əvvəl bu platformada 5 dəfə çıxış edib.
Sarı-göylülər 2015, 2016, 2017, 2018 və 2019-cu illərdə ardıcıl 5 dəfə Final Four-da mübarizə aparmağı bacarsa da, 2017-ci ildə İstanbulda keçirilən təşkilatda kuboku öz muzeylərinə aparıblar.
Vüqar ALIŞOV