“Fenerbahçe” azarkeşlərindən “İstanbulspor” matçına böyük hazırlıq

Bakı,22 may,Sporaz.tv

Superliqanın son həftəsində “İstanbulspor”u qəbul edəcək “Fenerbahçe” azarkeşləri bu oyuna xüsusi hazırlaşır. “Sarı-göylü” futbolsevərlər derbi qələbəsindən sonra komandanı qucaqlayacaq.

Sporaz.tv xəbər verir ki,  Trendyol Superliqasının 37-ci həftəsində derbidə səfərdə “Galatasaray“ı 1:0 hesabı ilə məğlub edən “Fenerbahçe” xal fərqini 3-ə endirib, ikili ortalamaya yüksəlib və çempionluq ümidlərini son həftəyə daşıyıb.
Nəhəng derbi, əlavə vaxt da daxil olmaqla, təxminən 80 dəqiqə 10 futbolçu ilə oynansa da, “Fenerbahçe” matçın heç bir hissəsində “Galatasaray”ın üstünlüyü əldən vermədi, derbi boyu əzəli rəqibinə dəqiq zərbələr endirə bilmədi.


“Sarı-göylü” azarkeşlər “İstanbulspor” matçında derbi qələbəsi ilə ictimaiyyəti sevindirən komandalarına möhtəşəm şəkildə təşəkkür etməyə hazırlaşır.
Fenerbahçeli azarkeşlər artıq bütün tribunaları doldurmaq üçün təşkilatlanıblar.
“Konyaspor” – “Galatasaray” matçının hesabından asılı olmayaraq “Fenerbahçe” azarkeşləri “İstanbulspor” matçından sonra komandanı çempion kimi qucaqlayacaq.
Super Liqanın 38-ci həftəsində “Fenerbahçe”-“İstanbulspor” matçı 26 May Bazar günü saat 20:00-da başlayacaq.

Bahar Rüstəm