“Fenerbahçe” ayrılığı rəsmən açıqladı

Bakı, 8 iyul, Sporaz.tv

FenerbahçeSerdar Azizin yeni mövsüm planında yer almadığını açıqlayıb və düşərgəni tərk edib.

Sporaz.tv xəbər verir ki, 2018-2019 mövsümündən bu yana sarı-göy rəngli forma geyinən Serdar Aziz “Fenerbahçe” macərasını başa vurub. Klubdan verilən açıqlamada futbolçunun düşərgəni tərk etdiyi və transfer danışıqları üçün icazə verildiyi bildirilib.

“Fenerbahçe”dən verilən açıqlamada, “Məlumat: 2018-2019 mövsümündən formamızı geyinən Serdar Aziz baş məşqçimiz Jose Mourinho ilə görüşdükdən sonra düşərgəni tərk etdi. Futbolçuya transfer danışıqları üçün icazə verildi. Futbolçunun komandamızın yeni mövsüm planında iştirak etməyəcəyini ictimaiyyətə çatdıraq” ifadələrdən istifadə edilmişdir.

Serdar Aziz “Fenerbahçe” karyerasında cəmi 135 matçda iştirak edib. 33 yaşlı futbolçu bu matçlarda 11 qol vurub, 6 məhsuldar ötürmə edib. Serdar Aziz də “sarı-göy” rəngli formada çıxış edərkən 42 sarı və 2 qırmızı vərəqə alıb.

Bahar Rüstəm