“Fenerbahçe”, Avropada 273-cü maçına çıxacaq

Bakı, 6 avqust, Sporaz.tv

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında bu axşam “Fenerbahçe” Fransanın “Lille” komandasının qonağı olacaq. Bu qarşılaşma ilə “sarı-göylülər” 273-cü dəfə Avropa arenasına çıxacaq.

Sporaz.tv xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında bu axşam Fransanın “Lille” komandasını qəbul edəcək “Fenerbahçe” avrokuboklarda 273-cü matçına çıxacaq.

Avrokuboklarda çıxdığı 272 matçda 109 qələbə və 108 məğlubiyyət əldə edən “sarı-göylülər” 55 matçda meydanı heç-heçə ilə tərk edib. “Fenerbahçe” avrokuboklarda 372 dəfə rəqib qapısına yol tapıb, 388 qol vurub.

Avropa futbolunun 1 nömrəli təşkilatının seçmə mərhələsində “Fenerbahçe” bu axşam 37-ci matçına çıxacaq. UEFA Çempionlar Liqasının seçmə mərhələsində keçirdiyi 36 matçda 14 qələbə, 11 heç-heçə və məğlubiyyətlə ayrılan sarı-göylülər 54 qol vurub, 43 qolun qarşısını ala bilməyib.

“Fenerbahçe”nin avrokuboklardakı çıxışı belədir:

TəşkilatOGBMAY
UEFA Kuboku541810267291
UEFA Avropa Liqası8242231711980
Avropa Çempion Klublar Kuboku3394203070
UEFA Çempionlar Liqasının seçmə mərhələsi361411115443
UEFA Çempionlar Liqası40116234270
Avropa Kubok Qalibləri Kuboku93151111
UEFA Avropa Konfrans Liqası181264423
ÜMUMİ27210955108372388

Bahar Rüstəm