“Fenerbahçe” 3-0 “Kayserispor”

Bakı,12 may,Sporaz.tv

Trendyol Super Liqasının 36-cı həftəsində “Fenerbahçe” “Kayserispor“u qəbul edib. Qarşılaşmada “sarı-göylülər” 3:0 hesabı ilə qalib gəlib.

Spoaz.tv xəbər verir ki, Superliqanın 36-cı həftəsində “Fenerbahçe” “Kayserispor”u qəbul edib. Qarşılaşmada “sarı-göylülər” 3:0 hesabı ilə qalib gəlib.

“Fenerbahçe”ya qələbə qazandıran qolları 18-ci dəqiqədə Michy Batshuayi , 43-cü dəqiqədə Djiku və 59-cu dəqiqədə Çağlar Söyüncü vurub. “Sarı-göylər” bu nəticə ilə xallarını 93-ə yüksəldib.

“Fenerbahçe”də 45+3. Dəqiqədə sarı vərəqə alan BekaoGalatasaray” derbisində cəzalanıb.

“Fenerbahçe”: Livakovic, Ferdi, Çağlar, Becao, Oosterwolde, Djiku, Fred, Szymanski, Cengiz Ünder, Tadic, Batshuayi

Kayserispor: Bilal, Carole, Aif, Kolovetsios, Gökhan, Kartal Kayra, Shukurov, Bourabia, Mane, Boa Morte, Cardoso.

“Fenerbahçe”nin təcrübəli sağ cinah müdafiəçisi Bright Osayi-Samuel “Kayserispor” matçı üçün heyətdə yer alıb.

“Konyaspor” matçında aldığı zədə səbəbindən heyətdə yer alması gözlənilməyən 26 yaşlı futbolçu fədakarlıq edərək heyətə daxil edilib.

Fənərbaxçanın gənc sol cinah müdafiəçisi Jayden Oosterwolde zədəsindən sonra birbaşa olaraq ilk 11-də yer alıb.

UEFA Avropa Konfrans Liqasının “Olimpiakos”la oyununda ciddi zədə alan və mövsümü bağlamalı olan 23 yaşlı futbolçu gözləniləndən tez sağalıb.

Bir müddətdir komanda ilə işləyən Oostervolde 4 liqa və 1 avropalı 5 matçı buraxdıqdan sonra formunu geri qaytarıb.

“Fenerbahçe”nin təcrübəli müdafiəçisi Aleksandr Djiku “Kayserispor” matçına müdafiə önündə başlayıb.

Mövsüm boyu mərkəz müdafiəçisində göstərdiyi performansla bəyənilən 29 yaşlı futbolçu bu mövsüm İsmayıl Yüksek və Rade Kruniçin yoxluğunda ilk dəfə bu mövqedə çıxış edib.

“Fenerbahçe” “Kayserispor”la qarşılaşmada 5 futbolçusundan yararlana bilməyib.

“Sarı-göylülər” komandada sarı vərəqə alaraq cəzalanan Mert Müldür, eləcə də zədəli olan Rade Krunic, Serdar Aziz, İrfan Can Kahveci və İsmail Yüksek heyətə daxil edilməyib.

Bahar Rüstəm