“Fenerbahçe” 2024 prezident seçkiləri nə vaxt olacaq?

Bakı,27 may,Sporaz.tv

Superliqa mövsümünün başa çatması ilə Fenerbahçe (Fənərbaxça)-da gözlər yeni prezidentin müəyyənləşəcəyi konqresə çevrilib.

Sporaz.tv xəbər verir ki, idman klubları arasında ən çox konqres üzvü olan sarı-göylü komandanın prezident seçkilərində iştirakın geniş olacağı gözlənilir.

Sözügedən konqres mayın 30-31-də Ülker Stadionu, Fenerbahçe Şükrü Saracoğlu İdman Kompleksində baş tutacaq. İlk iclasda kvorum əldə edilməzsə, Baş Assambleya 8-9 iyun tarixlərində yenidən keçiriləcək. İkinci ümumi yığıncaqda səs çoxluğu tələbi olmayacaq.

1998-2018-ci illərdə Fenerbahçe (Fənərbağça)-nın prezidenti olmuş Əziz Yıldırım yenidən seçkilərdə namizəd olduğunu açıqlayıb.

2018-ci ildən Fenerbahçe İdman Klubunun prezidenti vəzifəsini icra edən Ali Koç da seçkilərdə namizədliyini irəli sürdüyünü bildirib.

Qeyd edək ki, seçkilər, Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.