Fenerbahçe 19 yaşlı müdafiəçini transfer edib

Bakı, 9 avqust, Sporaz.tv

Fenerbahçe“(Fənərbaxça) “Bursaspor“la yollarını ayıran 19 yaşlı müdafiəçi Yiğit Fidanla 4 illik müqavilə imzalayıb.

Sporaz.tv məlumat verir ki, transfer çalışmalarını davam etdirən “Fenerbahçe”, “Bursaspor”un infrastrukturunda məşq edən və yaşıl-ağlılardan ayrılan Yiğit Fidanı heyətinə qatıb.

Sarı-göylər klubunun gənc müdafiəçinin transferi ilə bağlı açıqlaması belədir:

Klubumuz 19 yaşlı gənc müdafiəçi Yiğit Fidanı heyətinə qatıb.

Fenerbahçe ilə 4 illik müqavilə imzalayan Yiğit Fidana Çubuklu formamızda uğurlar və çempionluq illəri arzu edirik.

Yiğit ötən mövsüm 2-ci Liqa Ağ Qrupda 31 oyuna çıxıb və 1 qol vurub.