Fasilə zamanı Dele Alli üçün transfer yolu yaranıb

Bakı, 17 sentyabr, Sporaz.tv

Beşiktaş“-da gözlənildiyi kimi çıxış edə bilməyən və bir müddət komandasız qalan Dele Allinin fasilədə futbola dönəcəyi iddia edilib. İngilis futbolçu Dele Alli “Real Betis“-ə transfer oluna bilər.

Sporaz.tv məlumat verir ki, əvvəllər “Beşiktaş”-da, son olaraq “Everton”-da çıxış edən Dele Allinin yeni ünvanı tezliklə açıqlana bilər.

“Real Betis”-in baş məşqçisi Manuel Pellegrininin futbolçunu ən yaxşı variant hesab etdiyi iddia edilirdi. Futbolçunun orta müddətli transfer dövründə komandaya qoşulacağı gözlənilir.

2022/2023 mövsümündə “Beşiktaş”-da çıxış edən Dele Allinin icarə müqaviləsi bitdikdən sonra “Everton”-a qayıdıb. Evertonda istədiyinə nail ola bilməyən 28 yaşlı futbolçu bu yay transfer dövründə axtardığı klubu tapa bilməyib.

Leave a Reply