Fariolinin yerinə Franck Haise

Bakı, 6 iyun, Sporaz.tv

Fransa Liqa 1 komandalarından biri olan Nice (Nitsa) Frank Haiseni Françesko Fariolinin boşaldığı baş məşqçi postuna təyin etdiyini açıqlayıb.

Sporaz.tv xəbər verir ki, ötən mövsüm Fransa Liqa 1-i 55 xalla 5-ci pillədə başa vuran Nice (Nitsa) yeni mövsüm üçün işini davam etdirir.

Ötən mövsüm komandaya başçılıq edən Françesko Farioli Ajax (Ayaks)a transfer olunduqdan sonra boş qalan baş məşqçi postuna Frank Hayse təyin olunub.

53 yaşlı çalışdırıcı 7 ildir çalışdığı Fransa 1-ci Liqa komandalarından biri olan “Lens”i tərk edəcək və yeni mövsümdə Nice(Nitsa) klubunun rəhbəri olacaq.

Digər tərəfdən Florian Morisin idman direktoru təyin edildiyi açıqlanıb.