Fabio Miretti 2025-ci ilin yayına qədər icarəyə verilib

Bakı, 25 avqust, Sporaz.tv

İtaliyanın “Juventus“(Yuventus) klubunun yarımmüdafiəçisi Fabio Miretti “Cenoa“ya keçib.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu 2025-ci ilin yayına qədər icarəyə verilib.

Qeyd edək ki, F.Miretti 2021-ci ildə “Juventus”un əsas komandasında debüt edib. O, ümumilikdə meydana çıxdığı 75 matçda 2 qol vurub.