Əzəli rəqiblərə də yazılan İrfan Can Kahvecidən qərar çıxıb

Bakı, 17 oktyabr, Sporaz.tv

Fenerbahçe“(Fənərbağça) ilə yeni müqavilə danışıqları aparan İrfan Can Kahvecinin adı “Galatasaray”(Qalatasaray) və “Beşiktaş”-la da hallanıb. İrfan Can Kahveci karyerası ilə bağlı qərarını verib.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”-nin türkiyəli futbolçusu İrfan Can Kahvecinin, sarı-göylülər komandası ilə müqaviləsi başa çatmaq üzrədir. Rəhbərlik, beynəlxalq fasilədən sonra təcrübəli futbolçu ilə yeni müqavilə danışıqlarına başlayıb.

Digər tərəfdən, İrfan Can Kahvecinin adı “Galatasaray” və “Beşiktaş“-la da hallanırdı.

“Fenerbahçe” ilə yeni müqavilə imzalaması gözlənilən türkiyəli futbolçu, karyera planını qurub. İrfan Can Kahveci, “Fenerbahçe” ilə anlaşa bilməsə, futbol həyatına Avropada davam edəcək.

2023-24-cü illərdə karyerasını keçirən İrfan Can Kahveci, yay transfer dönəmində Avropa klublarının marağında olub.

Əvvəlki mövsümdə 46 matçda meydana çıxan və 18 qol və 12 məhsuldar ötürmə ilə yadda qalan təcrübəli futbolçu, bu mövsüm 11 matçda 416 dəqiqə meydana çıxıb və 1 qol və 1 məhsuldar ötürmə statistikasına imza atıb.