Əvvəlcə Barış Alper, indi də Nelsson

Bakı, 17 sentyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray) daxili transferlərlə bağlı işlərinə davam edir. Barış Alper Yılmazın maaşını artırdığını bildirən rəhbərliyin növbəti hədəfinin Victor Nelsson olacağı bildirilib.

Sporaz.tv məlumat verir ki, İngiltərədən təklif almasına baxmayaraq onun gedişinə icazə verməyən “Galatasaray” Barış Alper Yılmazın maaşını artırıb.

Sarı-qırmızılıların yeni hədəfi Victor Nelssondur.

“Galatasaray” müqaviləsi 2 illik olan Nelssonla 2028-ci ilə qədər müqavilə imzalamağı planlaşdırır. Danimarkalı müdafiəçinin 1,1 milyon avro olan zəmanət pulu 2 milyon avroya endiriləcək.

Nelsson, “Galatasaray”-la cəmi 131 matça çıxıb. 25 yaşlı futbolçu bu matçlarda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Leave a Reply